“ABŞ Krımdakı bazanı vurmaq üçün Ukraynaya silah göndərməyib” -

"ABŞ Krımın Novofedorovka qəsəbəsində hərbi aerodromunu vurmaq üçün Ukraynaya silah göndərməyib".

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsinin bəyanatına istinadən “Amerikanın Səsi” məlumat yayıb.

Bu barəd saytın jurnalisti tvitter səhifəsində yazıb. O “ABŞ Ukraynaya Krımdakı Saki aerodromunu vura biləcək heç bir silah verməyib”, - deyə qeyd edib.
Məlumat üçün bildirək ki, Rusiyanın ilhaq etdiyi Krımın Novofedorovka qəsəbəsindəki hərbi aerodrom bombalanıb. Hadisə nəticəsində 8 təyyarə məhv olub.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR