Tramp həbs ediləcək? - Gizli sənədləri məhv edib

Donald Tramp həbs edilə bilər.

Metbuat.az xəbər verir ki, bu barədə FTB-nin orderinə istinadən “Politico” məlumat yayıb. Məlumatda qeyd olunur ki, axtarış qərarına əsasən, Trampın əlində hökumət sirrinin ən yüksək səviyyələrindən biri olan “TS/SCI” qeydi olan sənədlər və “Fransa prezidenti haqqında məlumat” qeyd olunan sənədlər tapılıb.

Tramp isə sənədləri məhv etməyə cəhddə, istintaqa mane olmaqda və casusluq haqqında qanunu pozmaqda şübhəli bilinir. Qeyd edək ki, axtarış nəticələri ABŞ Ədliyyə Departamentinin tələb etdiyi kimi cümə günü açıqlanacaq.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR