Qadın voleybolçulardan ibarət Azərbaycan millisi yarımfinalda uduzdu - İslamiada

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında yarımfinal oyununu keçirib.

Metbuat.az Report-a istinan xəbər verir ki, yığma finala gedən yolda İran seçməsi ilə qarşılaşıb. Rəqibinə 1:3 (18:25, 25:18, 16:25, 22:25) hesabı ilə uduzan Azərbaycan finala adlaya bilməyib.

Qeyd edək ki, milli komanda bürünc medal uğrunda qarşılaşmada Türkiyə - Kamerun cütünün məğlubu ilə üz-üzə gələcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR