Dünya əhalisinin sayı 8 milyardı ötdü

Dünya əhalisinin sayı 8 milyardı ötüb.

Metbuat.az countrymeters.info-ya istinadən xəbər verir ki, onların 50,5 faizi kişi, 49,5 faizi isə qadınlar təşkil edir.

Statistikaya görə, hazırda dünya əhalisinin sayı ildə 90 milyon nəfərdən çox artır.

1,456,069,777 nəfərlə Çin liderdir. İkinci yerdə 1,419,020,594 nəfərlə Hindistan, 336,590, 217 nəfərlə isə Amerika Birləşmiş Ştatları üçüncü yerdədir.

Həmçinin Azərbaycan siyahıda 10,465, 015 nəfərlə 88-ci yerdə qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR