İrəvanda biabırçılıq: Matəm yerinə konsert təşkil etdilər -

Ermənistanın paytaxtı İrəvanda “Surmalu” topdansatış ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

Partlayış yerli vaxtla saat 13:23-də qeydə alınıb. Partlayışdan sonra ticarət mərkəzində yanğın olub. Dağıntılar altında hələ də xeyli insanın qaldığı bildirilir. Təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə xilasetmə əməliyyatlarını davam etdirirlər.

Maraqlı məqam ondadır ki, belə bir faciəyə baxmayaraq ölkədə yas saxlanılmayıb hətta paytaxt İrəvanda hadisə baş verən gün konsert proqramı təşkil edilib.

Məsələyə Ermənistanın keçmiş deputatı Naira Zöhrabyan da münasibət bildirib. O deyib ki, faciəyə baxmayaraq konsert proqramının təşkil edilməsi sadəcə biabırçılıqdır.

- "Surmalu" ticarət mərkəzində baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 60-dan çox yaralı var, 25 nəfər isə axtarışdadır. Onların arasında 5 yaşlı qızı olan hamilə qadın da var. Hazırda axtarış işləri davam edir, xilasedicilər dağıntılar altından ölən və ya yaralananları çıxarmağa çalışırlar. Hazırda "Yeraz" parkında bayram konserti gedir. Bir rus qızının faciə ilə bağlı səhnəyə çıxıb üzümüzə tüpürməsi necə də bizim üçün ayıb görünür, - Zöhrabyan deyib.

Gülbəniz Hüseynli


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR