Trampın evində Makronla bağlı gizli sənədlər tapıldı

Federal Təhqiqatlar Bürosu ABŞ-ın keçmiş Prezidenti Donald Trampın evindəki axtarışlar zamanı Fransanın dövlət başçısı Emmanuel Makronla bağlı gizli məlumatlar tapıb.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb. Makrona məxsus məlumatların detalları barədə məlumat yoxdur. Ehtimal edilir ki, Tramp cəsusluq tələblərini pozaraq, Makronun izlənməsi barədə təlimat verib. Qeyd edək ki, FTB-nin Trampın evindən 20 qutudan ibarət gizli sənəd götürdüyünə dair məlumatlar var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR