İnam Kərimov Balakəndə vətəndaşları qəbul edəcək

İyulun 19-da, saat 09:00-da kənd təsərrüfatı naziri İnam Kərimov Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Balakən və Zaqatala rayonlarından olan vətəndaşları qəbul edəcək.

Metbuat.az nazirliyə istinadən xəbər verir ki, qəbulda iştirak etmək istəyənlər DAİM-ə (050-645-18-78) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR