Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1138,4 min və ya 2,2 dəfə çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, daşımaların 99,7%-i dövlət, 0,3%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Məlumata görə, hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma 0,5% azalaraq 272,3 min ton olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR