Azərbaycanda sakinlər kəndə girişi bağladılar - VİDEO

Qəbələnin Laza kəndində ötən gün yerli sakinlər yolu bağlayaraq turistləri kəndə buraxmayıblar. Onlar bu addımı kənd yollarında xüsusilə şənbə-bazar günlərində yaşanan sıxlığa görə atdıqlarını bildiriblər.

Metbuat.az "Xəzər Xəbər"-ə istinadən xəbər verir ki, turistlərin qarşısını kəsən sakinlər avtomobildən istifadə edilməməsini tələb ediblər.

Sakinlərin sözlərinə görə, şənbə və bazar günləri kəndə səfər edən turistlərin sayı adi günlərlə müqayisədə nəzərəçarpacaq dərəcədə çox olur. Qonaqlar avtomobilləri ilə kənddə gəzəndə sakinlərin hərəkəti çətinləşir. Ona görə də sakinlər kəndin girişində parklanma sahəsinin yaradılmasını istəyirlər.

Məsələ ilə bağlı Qəbələ Rayon İcra Hakimiyyətindən ''Xəzər Xəbər''ə bildirilib ki, sakinlərin istəyi nəzərə alınaraq Laza kəndinin girişində yer ayrılıb.

''Yaxın günlərdə işlər tamamlanaraq parklanma yeri kimi istifadəyə veriləcək'', - eyə məlumatda bildirilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR