Göyçayda 3 nəfər dağlıq ərazidə dərəyə düşdü

Göyçay rayonunda 3 nəfər dağlıq ərazidə itkin düşüb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, axşam saatlarında Göyçay sakinləri, şəhərin Şimal istiqamətindəki dağlıq ərazidə itmiş qoyunlarını axtararkən dərəyə düşüblər.

Köməksiz vəziyyətdə qalan şəxslər FHN-in “112” qaynar xətt mərkəzinə məlumat veriblər.

Hadisə yerinə cəlb edilən xilasedicilər hazırda itkin düşən şəxslərin tapılaraq çıxarılması üçün əməliyyat tədbirləri həyata keçirir.

Əlavə məlumat veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR