Krımda şiddətli partlayışlar baş verdi: Sakinlər Krımdan qaçır -

Rusiyanın Müdafiə Nazirliyi Krımın Canköy rayonunda yerləşən hərbi hissədəki partlayışla bağlı məlumat yayıb.

Metbuat.az xəbər verir ki, nazirlik hərbi hissədə partlayış baş verdiyini təsdiq edib. Bildirilir ki, hadisə zamanı itki olmayıb. Partlayışdan sonra hərbi hissədə yanğın baş verib. Hazırda yanğının söndürülməsi üçün işlər davam edir. Hadisənin səbəbləri barədə məlumat verilməyib. Qeyd edək ki, Krımda iki güclü partlayışın baş verdiyi bildirilir. Partlayışdan sonra ətrafda yaşayan yüzlərlə sakin öz imkanları ilə evlərini tərk edirlər. Xatırladaq ki, bundan əvvəl Krımda hərbi aerodomda da partlayışlar olub. Ukrayna tərəfi hücumun onlar tərəfindən təşkil olunduğunu açıqlamışdı.

Hücum zamanı bir neçə bina və azı 8 təyyarə sıradan çıxıb. 1 nəfər həlak olub. Yaralılar var.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR