"Fənərbaxça"nın oyunundan sonra gözlənilməz qərar: Baş məşqçi istefa verdi -

“Kasımpaşa” klubunun baş məşqçisi Sami Uğurlu “Fənərbaxça”ya 0:6 hesabı ilə məğlubiyyətdən sonra istefa verib.

Metbuat.az xəbər verir ki, o istefa ərizəsini klub rəhbərliyinə təqdim edib. Lakin rəhbərliyin necə qərar qəbul etdiyi məlum deyil. Hələki çempionatın ikinci turu olduğuna görə, rəhbərliyinin baş məşqçiyə şans verəcəyi istisna deyil. Qeyd edək ki, hesab 8-ci dəqiqədə açılıb. 16-cə dəqiqədə isə “Kasımpaşa”nın futbolçusu qırmızı vərəqə alıb. Bundan sonra “Fənərbaxça” üstünlüyü tamamilə ələ alaraq, rəqibin qapısına daha 5 dəfə yol tapıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR