Bu il ali təhsil müəssisələrinə ayrılan plan yerlərinin sayı

Bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün 51 881 plan yeri ayrılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfrasında deyib:

"Bu il tam orta təhsil bazasından məzun olanların sayı 92699 nəfərdir. Ötən il isə bu rəqəm 83029 idi. Hazırda ali təhsil müəssisələrinə qəbul olmaq üçün 51881 plan yeri ayrılıb. Ötən il plan yeri 49998 idi. Plan yerlərinin 23627-si dövlət sifarişlidir. Dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə bu il 746 yer daha çoxdur", - deyə DİM rəsmisi bildirib.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR