"Qarabağ"ın oyununa bilet ala bilməyənlərin NƏZƏRİNƏ:

Xəbər verdiyimiz kimi, ötən gün "Qarabağ" - "Viktoriya" matçına bilet satışında problemlər yaşanıb. Azarkeşlərin çoxu bilet ala bilməyib.

Metbuata.az xəbər verir ki, Ağdam klubunun məlumatıan görə, qonaq komandanın azarkeşləri tribunada olmayacaq. Bu səbəbdən 2500 bilet yenidən satışa çıxarılacaq:

"UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Viktoriya" oyununda qonaq komandanın azarkeşləri tribunada yer almayacaqlar. Əldə olunmuş razılığa əsasən, 2500 ədəd qonaq sektor biletləri azarkeşlərimiz üçün satışa çıxarılacaq. Həmin biletləri iticket.az və kassalardan ala bilərsiniz", - deyə məlumatda qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR