Ukrayna rəsmən elan etdi: Krım körpüsünü vuracağıq

“Krım körpüsü Ukraynanın hədəfindədir”.

Metbuat.az xəbər verir ki, Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak belə açıqlama verib. O bildirib ki, Krım körpüsü qanunsuz inşa edilib. “Krım körpüsü Rusiyanın əsas təchizat qapısıdır” deyən Podolyak, tikilinin məhv edilməli olduğunu bildirib. Podolyak Krımdakı partlayışlara da münasibət bildirib. Onun sözlərinə görə, Krımda partlayışlar tərkrarlana bilər.

Qeyd edək ki, Rusiya hərbçiləri Krım körpüsünü müvəqqəti bağlayıb. Körpünün girişində post quran hərbçilər, bu tədbirin müvəqqəti olduğunu bildiriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR