Neymarla Mbappe arasında gərginlik artır: "Ya mən ya da o..." -

“Monpelye” qarşılaşmasında Neymar və Mbappe arasında gərginlik futbolçuların münasibətlərinin yaxşı olmadığını bir daha sübut edib.

Metbuat.az yerli mənbələrə istinadən xəbər verir ki, Mbappe “Real Madrid”in təklifini rədd edərək, PSJ ilə müqaviləsini artırandan sonra klubda nüfuzunun artacağını güman edirdi. Lakin bunun baş verməməsi Mbappeni qəzəbləndirib. Neymarın Messi və Ramos da daxil olmaqla futbolçular üzərində nüfuzunun artması Mbappeni narahat edir. Bildirilir ki, Neymar məşqlərdə və oyunlarda yaxşı oyun sərgilməklə klubun lideri olduğunu nümayiş etdirməyə çalışır. İddialara görə, Messi də Neymara dəstək verir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR