Sabunçu sakininə xəsarət yetirib pulunu və telefonunu alan şəxslər tutulub

Avqustun 16-da Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə rayon ərazisində 2 nəfərin Sabunçu qəsəbə sakini S.Hüseynova küt alətlə xəsarət yetirərək onun 108 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaları barədə məlumat daxil olub.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Göygöl rayon sakini Ə.Əliyev və Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş N.Abbaslı saxlanılıb.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR