"Kəmaləddin Heydərov ətrafını toplayıb..." -

"Azərbaycan cəmiyyətini ələ salmayın. Özünüzü ələ salsanız bəs edər".

Metbuat.az xəbər verir ki, bu sözləri millət vəkili Etibar Əliyev feysbuk hesabında yazıb. O, FHN-in idarələrinin birində yayılan intim videolara münasibət bildirib. Deputat bildirir ki, videodakı Zaur Mirzəyevin görüntülər yayılmazdan əvvəl işdən öz xoşu ilə ayrılması iddiaları 2014-cü ildən baş verən olayları ört-basdır etmir:

"FHN- dəki Rixter şkalasına sığmayan zəlzələ ilə bağlı yoldaş Kəmaləddin Heydərova qahmar çıxanlar peyda olub. Canfəşanlıq edən saytlardan biri yazır ki, sən demə Zaur Mirzəyev videoların ictimailəşməsinə bir neçə gün qalmış, yəni avqust ayının 8-də öz ərizəsi ilə işdən çıxıbmış. Videolardan görünür ki, Zaur Mirzəyevin məcaraları 2014-cü ildən başlayıb. Yaxşı, onda bu məxluqun “Nostradamus” bəsirətli ərizəsi FHN üzərindəki ləkələri silir? Bəs 8 illik məcaranı hara yozursunuz? Sadəcə ayıbdır. Azərbaycan cəmiyyətini ələ salmayın. Özünüzü ələ salsanız bəs edər.

Kəmaləddin Heydərov ətrafını toplayıb FHN haqqında Əsasnamədə dəyişikliklər etməlidir. Yəqin ki, başa düşdü dediyimi", - deyə o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR