Su qıtlığından şikayət edən ermənilər torpaqlarımıza mina "əkirlər" -

"Qarabağda Rusiya hərbi kontingentinin müvəqqəti nəzarəti altında yaşayanlar son zamanlar ən çox şikayət etdikləri məsələ onunla bağlıydı ki, su qıtlığı üzündən əvvəlki kimi əkib-biçə bilmirlər. Amma sən demə əkirmişlər. Onlar torpaqlarımıza yenə mina basdırırlarmışlar".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı millət vəkili Sahib Əliyev edib. O mina tarlalarına misal olaraq avqustun 3-də qanunsuz silahlı birləşmələrdən təmizlənən Sarıbaba yüksəkliyinin adını çəkib. Millət vəkili bildirib ki, həmin ərazidən çıxarılıb zərərsizləşdirlən 991 ədəd mina 2021-ci ildə Ermənistanda istehsal olunub.

"Belə görünür ki, ikinci Qarabağ savaşından sonra da haylar Azərbaycan torpaqlarına mina basdırmaqda davam edilər və Laçınla yanaşı digər yerlərdə də o cür ərazilərin olması mümkündür. Bizim tez-tez işlətdiyimiz bir məsəl var: “Nə əkərsən, onu da biçərsən”. Yəqin Ermənistan ordusunun Qarabağdakı tör-töküntülərinə və oradakı separatçı ünsürlərə bu məsəlin niyə yarandığını xatırlatmaq lazım gələcək. Onlar Azərbaycan torpaqlarına əkdiklərini biçməli olacaqlar, ya da avqustun 3-dəki kimi özləri biçiləcəklər".

Sahib Əliyev deyir ki, Rusiyanın Qarabağdakı hərbi kontingentinin erməni silahlı dəstələrinin bu addımından xəbərsiz olması da inandırıcı deyil.

"Rusiya hərbi kontingentinin rəhbərliyi mütləq bu suala cavab verməlidir. Əgər məramları doğrudan da Qarabağda sülh yaratmaqdırsa, iki ilə yaxındır orda olduqları halda hayların reinteqrasiyası, eləcə də azərbaycanlıların Xankəndinə, Xocalıya və müvəqqəti kontrolları altında olan digər yerlərə qayıdıb yaşamaları üçün nə ediblər, kiçicik də olsa bir hazırlıq görüblərmi?", - deyə S.Əliyev fikrini tamamlayıb.

METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR