"Qalatasaray"dan böyük transfer həmləsi: Ulduz futbolçunu İstanbula gətirir

“Qalatasaray” klubu Türkiyə millisinin futbolçusu Cengiz Ünderi transfer etmək üçün təklif göndərib.

Metbuat.az xəbər verir ki, bu barədə “Fanatik” qəzeti məlumat yayıb. Bildirilir ki, “Marsel” klubu türk ulduzu əsas heyət oyunçusu hesab etmir. İddialara görə, fransızların baş məşqçisi Tüdor, türk futbolçununonun isteminə uyğun gəlmədiyini ifadə edib. “Qalatasaray” Çengizi icarə əsasında transfer emtək istəyir. Məlumata görə, 25 yaşlı futbolçu əvvəlcə Avropadan gələn təklifləri nəzərdən keçirəcək. Futbolçunu razı salan təklif olmasa o “Qalatasaray”da forma geyinməyə müsbət yanaşır.

Çengiz Ündər “Qalatasaray” rəhbərliyi ilə görüşmək istədiyini ifadə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR