Azərbaycan reytinqini artırdı -

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Metbuat.az xəbər verir ki, Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını yenidən artırıb.

Belə ki, "Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə qolsuz heç-heçə edərək ölkənin aktivinə daha 0,125 xal gətirib.

Bu mövsüm üzrə xal sayını 2.000-ə, son 5 mövsümdə isə 14,625-ə çatdıran Azərbaycan 29-cu pillədə qalıb.

Çexiya isə bu nəticədən sonra xallarının sayını 24,550-yə çatdırıb və 16-cı sıraya yüksəlib.

Qeyd edək ki, "Viktoriya" və "Qarabağ" arasında oynanılacaq cavab matçı avqustun 23-də Plzendəki "Dusan Arena"da keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR