Tokayev Azərbaycana gəlir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-ü Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana rəsmi səfər edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Qazaxıstan” yayıb.

Bildirilir ki, hər iki liderin təkbətək və geniş tərkibdə görüşləri nəzərdə tutulub.

Danışıqların gündəliyinə ticarət-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi vurğulanmaqla Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının inkişafı daxildir, bunun nəticəsində bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR