Pakistanlı iş adamları Sumqayıt Kimya Sənaye Parkında olub

Bu gün Pakistandan olan bir neçə şirkətin nümayəndəsi İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin Sumqayıt Kimya Sənaye Parkında olub.

Bu barədə Metbuat.az-a Agentlikdən bildirilib.

Məlumata görə, qida məhsulları, tikinti materialları, mebel istehsalı və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələrinə ölkəmizdə sənaye zonaları və aqroparklarda sahibkarlar üçün yaradılmış əlverişli investisiya imkanları barədə məlumat verilib, onlar mövcud biznes mühitindən yararlanmağa dəvət edilib.

Pakistanlı iş adamları Parkın rezidenti olan ALCO MMC-dəki istehsal prosesi ilə tanış olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR