Türkiyədə yüksək vəzifəyə təyin olunan erməni gənc kimdir? - DOSYE / FOTOLAR

Xəbər verdiyimiz kimi Türkiyə tarixində ilk dəfə olaraq milliyyətcə erməni olan şəxs hökumətin səlahiyyətli nümayəndəsi seçilib.

Metbuat.az xəbər verir ki, 27 yaşlı Berk Acar ötən il kaymakamlıq imtahanından keçərək müsahibə zamanı da fərqlənməyi bacarıb. O, Dənizli ilinin Babadağ ilçəsinin kaymakamı olub.Berk Acar 1995-ci ildə İstanbulda anadan olub. Özəl Sahakyan Nunyan erməni orta məktəbini bitirən Acar, İşıq litseyindən məzun olub.

O, 2020-ci ildə İnformasiya universitetinin hüquq fakultəsini bitirib. Vəkillik üzrə təcrübə keçən Acar, kaymakamlıq imtahanı verib.Ankarada keçirilən yazılı testdə 13374 nəfər arasında 72-ci olub. Müsahibəyə 475 nəfər çağırılıb. Acar müsahibə zamanı da fərqlənməyi bacarıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR