Bu ay Ukraynadan 622 min tondan çox taxıl daşınıb

Avqustun 1-dən etibarən ümumilikdə 43 gəmi ilə taxıl daşınıb ki, bunlardan 25-i Ukrayna limanlarından çıxan, 18-i isə Ukrayna limanlarına gedənlərdir. İndiyədək Ukrayna limanlarından 622 min tondan çox taxıl daşınma həyata keçirilib.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Müştərək Koordinasiya Mərkəzinin (MKM) vasitəçiliyi ilə taxıl gəmilərinin daşınması fasiləsiz davam etdirilir.

Məlumata görə, müqavilədən sonra daşımaya başlayan ilk gəmi Syerra Leone bayrağı altında üzən “Razoni” gəmisi olub. Avqustun 1-də Ukraynanın Odessa limanından Livana yola düşən gəmi 27 min ton qarğıdalı ilə İstanbulun şimalına gəlib və Müştərək Koordinasiya Mərkəzinin yoxlamasından sonra yoluna davam edib. Sözügedən gəminin ardınca “Navistar”, “Rojen”, “Polarnet”, “Mustafa Necati”, “Star Helena”, “Glory”, Riva Wind”, “Sacura”, “Arizona”, “Ocean Lion”, “Rahmi Yağcı” kimi gəmilər yola düşüb.

Həmçinin Ukrayna limanlarından çıxan və ya Ukraynaya gedən hər gəmi İstanbulun şimalında hərtərəfli yoxlamadan keçirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR