Bakıda 33 yaşlı qadın evdən buna görə qaçıbmış -

Xəbər verdiyimiz kimi, Şəmkirdə itkin düşən 33 yaşlı qadın Bakıda tapılıb.

Metbuat.az xəbər verir ki, Biləcəri qəsəbəsində kafelərdən birində ofisiant işləyən Asimə Məmmədova “Real TV”yə danışıb.

O bildirib ki, özü və uşaqları həyat yoldaşı tərəfindən təzyiqlərə məruz qalsa da, valideynləri onun boşanmasına razı olmayıblar. Asimə Məmmədova həyat yoldaşı Azər Nağıyevi içki düşkünü olmaqda və övladlarına baxmamaqda günahlandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR