Putinin açılışını etdiyi sərgidə ŞOK: Ruslar hamını aldadıb -

Rusiya Prezidenti Vladimir Putinin açılışını etdiyi “Army 2022” sərgisində nümayiş olunan robot itlər barədə şok həqiqət üzə çıxıb.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, “M-81” adlı robotun rus şirkəti tərəfindən istehsal olunmadığı məlum olub.” “The Drive” nəşrinin məlumatına görə, robot “Alibaba” ticarət səhifəsindən 2700 dollara alınıb. Robotun xarici görünüşü dəyişdirildiyi üçün onun internetdən alındığı diqqətdən qaçıb.

Qeyd edək ki, Ria Novosti robot itlər barədə sujet yayımlamış, onun bacarıqlarından bəhs etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR