16 yaşlı Türkanın sağalması üçün köməyinizə ehtiyacı var

16 yaşlı Türkan Salahova dörd ildir qaraciyər xərçəngindən əziyyət çəkir. O, Laçın rayonundan məcburi köçkündür. T. Salahova Azərbaycan və Türkiyədə müalicə alıb. Həkimlərin yekdil rəyinə görə Türkan müalicəsini Almaniyada davam etdirməlidir. Daha dəqiq desək, dərdinin çarəsi orada var. Sənədləri bu ölkədəki bir neçə klinikaya göndərilib. Həkimlər onun sağaldacaqlarına zəmanət verirlər. Amma bunun üçün 600 min manat lazımdır.

Metbuat.az xəbər verir ki, Türkanın ailəsinin imkanları məhduddur. Atası fəhlə işləyir, ailənin dolanışığını güclə çatdırır. 4 illik müalicəsinin xərclərini qohum-əqraba ödəyib. İndi isə bütün imkanlar tükənib. Türkanın insanların köməyinə ehtiyacı var. Sağlamlığına qovuşması üçün bank hesabı açılıb. Bank məlumatlarını və əlaqə nömrəsini təqdim edirik:

Kapital Bank: 4169 7387 0859 6899

Əlaqə nömrəsi: 050 459 41 42



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR