Quterreş: "Taxıl sazişi" diplomatiyanın zəfəridir

“Qida cəbhəsində müsbət irəliləyiş diplomatiyanın zəfəridir”.

Metbuat.az xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş belə açıqlama verib. O bildirib ki, Ukraynadan taxılın dünya bazarlarına çıxmasından sonra qida böhranı nisbətən səngiyib. Quterreşin sözlərinə görə, “taxıl sazişi” ilə bağlı razılıq, siyasi danışıqlar üçün də əsas ola bilər. Quterreş Lvovda təşkil edilən 3-lü zirvədən məmnun olduğunu ifadə edib.

Qeyd edək ki, Lvovda Ukrayna Prezidenti Vladimir Zelenski, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreş arasında toplantı təşkil edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR