Ukrayna ordusu Rusiyanın hərbi obyektlərini məhv edir:

Rusiyanın Ukrayna sərhədində yerləşən Belqorod şəhərindəki orduya məxsus silah anbarında şiddətli partlayışlar baş verib.

Metbuat.az xəbər verir ki, bununla bağlı video sosial mediada yayılıb Belqorod valisi Vyaçeslav Qladkov silah anbarında partlayış baş verdiyini təsdiq edib. Onun sözlərinə görə, hadisə zamanı ölən və yaralanan olmayıb. Partlayış səbəbilə silah anbarı yaxınlığında yerləşən iki kənd təxliyə edilib. Ukrayna mənbələri hadisənin PUA və ya "Himars" raketləri vasitəsilə Ukrayna ordusu tərəfindən təşkil edildiyi bildirilir.

Qeyd edək ki, bu hadisə ilə eyni ərəfədə Krımda Rusiya ordusunun hərbi hava bazasında da partlayışlar baş verib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR