Azərbaycanda müğənni dispanserə yerləşdirildi -

Musiqi ilə narkomaniyanı təbliğ edən İlkin Çərkəzoğlu (Hüseynli) polis tərəfindən saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev öz şəxsi " Facebook" səhifəsində məlumat verib.

O, bildirib ki, müğənni səhvini etiraf edib.

"Musiqi ilə narkomaniyanı təbliğ edən İlkin Çərkəzoğlu (Hüseynli) polis tərəfindən saxlanılıb. O, etdiyi səhvi səmimi etiraf edib və təbliğ etdiyi videoları könüllü olaraq sosial şəbəkələrdən silib. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq olunmaqla yanaşı, narkotik aludəçiliyi nəzərə alınaraq məhkəmənin qərarı ilə məcburi müalicəyə göndərilib".

Qeyd edək ki, İlkin Çərkəzoğlunun ifaları "youtube" və "tiktok" sosial şəbəkələrində çox məşhurdur. Onun təkcə "youtube"də 348 min abunəsi var. "Aparır" mahnısında isə narkotik təbliğ olunub və mahnı qısa müddətdə "tiktok"da trendə çevrilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR