AAYDA sürücülərə müraciət edib

20 avqust saat 08:00-dan 21 avqust saat 20:00-dək Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi ilə Mehdi Abbasov küçəsinin kəsişməsində yerləşən dairədə təmir işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Metbuat.az-a verilən məlumata görə, sürücülərdən aparılacaq təmir işlərinə anlayışla yanaşmaları, qeyd olunan tarixlərdə təmir işlərinin aparıldığı ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR