Zelenski Haluk Bayraktarla görüşdü

"BAYKAR Teknoloji" şirkətinin baş direktoru Haluk Bayraktar Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə o, tviterdə bildirib.

"Xalqına liderlik, ordusuna ali baş komandanlıq edən Ukraynanın qəhrəman Prezidenti Zelenski ilə görüşdük. Ən qısa zamanda ədalətli və daimi sülhün təmin olunacağına ümid edirik", - H.Bayraktar yazıb.

Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş olub.

Həmçinin oxuya bilərsiniz: Zelenski Ərdoğandan nə xahiş edib? - Türkiyə lideri AÇIQLADI


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR