Rusiya dünyanın tələbini rədd etdi

Rusiya dünya ölkələrinin Zaporojye AES-inin silahsızlaşdırılması barədə tələbini rədd edib.

Metbuat.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasına görə, bu, stansiyanı müdafiəsiz vəziyyətə gətirəcək.

Qeyd edək ki, Avropa İttifaqı və 42 ölkə Zaporojye AES-i barədə Rusiyaya qarşı birgə bəyanat verib. Bəyanatda Rusiyanın Ukraynaya qarşı müharibə aparmaqla beynəlxalq hüququ pozduğu bildirilib, Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojye AES-in Rusiya tərəfindən idarə olunmasının Beynəlxalq Atom Enerjisi Agentliyinin əsas prinsipləri üçün böyük təhlükə yaratdığı vurğulanıb. Bəyanatda stansiya ətrafında silahsız ərazinin yaradılması təklif edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR