Ermənistanda bələdiyyə binasına hücum edən şəxs zərərsizləşdirilib

Ermənistanın təhlükəsizlik qüvvələri Masis icmasının binasına silahla soxulan şəxsi zərərsizləşdirə bilib.

Metbuat.az Ermənistan mətbuatına isitnadən xəbər verir ki, bu barədə bələdiyyə rəhbərinin müavini Norayr Akopyan bildirib.

Qeyd edək ki, Ararat vilayətində bir saatdan çox fövqəladə vəziyyət yaranıb. Partlayıcı qurğu ilə silahlanmış şəxs Masis bələdiyyəsinin binasına soxularaq onu partlatmaqla hədələyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR