Çində internet dayaq şəbəkəsinə qoşulmaq üçün yeddi yeni nöqtə istifadəyə verilib

Çində internet dayaq şəbəkəsinə qoşulmaq üçün yeddi yeni nöqtə istifadəyə verilib
12:06 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Çində internet dayaq şəbəkəsinə qoşulmaq üçün yeddi yeni nöqtə istismara verilib. Qoşulma nöqtələrinin artırılması trafiki balanslaşdırmağa və rabitədə fasilələrin yaranması hallarının qarşısını almağa imkan verəcək.
 
İndiyədək Çinin internet seqmenti dayaq şəbəkəsinə Pekin, Şanxay və Quançjo şəhərlərində yerləşən üç məntəqə vasitəsilə qoşulub. Hazırda isə Çenqdu, Sian, Çjençjo və digər iri şəhərlərdə - əsasən ölkənin kontinental hissəsində daha yeddi məntəqə işə salınıb. Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına görə, keçirilən sınaqlar bir sıra internet saytlarının yüklənmə vaxtının yarıyadək və daha çox azalmasını göstərib.
 
Çinin üç aparıcı dövlət rabitə operatoru layihəyə 2,9 milyard yuan (477 milyon dollar) yatırıb. Tikinti işləri çərçivəsində 3 min km-dən çox optik-lif xətti çəkilib.
 
Məlumat üçün bildirək ki, Çində internet istifadəçilərinin sayı 600 milyonu ötür. “Alibaba Group”, “Baidu”, “Tencent” və ölkənin digər internet şirkətləri tədricən dünya bazarına çıxır, - "Computerworld www.osp.ru” yazır. 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34841-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR