“Sabah”ın futbolçusunun bu hərəkəti Qəbələdə insidentə səbəb oldu -

Qəbələdə eyniadlı komanda ilə “Sabah” arasında keçirilən futbol üzrə Azərbaycan Premyer Liqasının IV tur oyununda insident baş verib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, buna qonaqların yarımmüdafiəçisi Coy Lens Mikelsin qol vurduqdan sonra rəqib azarkeşlərini qıcıqlandıran hərəkət etməsi səbəb olub.

Almaniyal oyunçuya dərhal reaksiya verən “qırmızı-qaralar”ın müdafiəçisi Ruan Renato ona hücum çəkib. Daha sonra Bakı klubundan Aleksey İsayev ilə meydan sahiblərindən Rafael Utziq arasında qalmaqal yaşanıb. Məşqçilərin də köməyi ilə tərəfləri çətinliklə sakitləşdirmək mümkün olub.

Matçın baş hakimi Əliyar Ağayev Mikelslə Renatoya sarı vərəqə göstərib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR