Hansı müəllimlər işdən azad olunacaq? -

"Prosesdən sonra minimal səviyyəyə çata bilməyən müəllimi uşaqların qarşısında çıxarmaq düzgün deyil".

Metbuat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Diqqət mərkəzi" verilişində deyib.

"Bizim sertifikasiyada məqsədimiz müəllimləri hansısa çətin sualları imtahan edib xoşgəlməz nəticə ilə üz-üzə qalmaq deyil. Biz sınaq imtahanları və ondan öncəki imtahanları analiz edərək deyə bilərik ki, müəllimləriz sertifikasiydan uğurla keçəcək, sentybarda onların maaşlarına əlavələr ediləcək. Digər bir məsələ isə imtahandan uğurla keçən müəllimlərin hər birinə eyni qaydada bu əlavələr verilməyəcək. Yüksək nəticə göstərən müəllimlərin əməkhaqqına 35% əlavələr ediləcək. Gözləntim odur ki, 90%-dan artıq müəllim bu prosesdən uğurla keçəcək. Əgər müəllim bu birinci mərhələdə uğur qazana bilməsə, 1 il vaxt veriləcək və Nazirlik bu yöndə ona dəstək olacaq. Niyətimiz müəllimə dəstək olmaqdır. Hər bir müəllimimizin inkişaf etmək istəyi olmalıdır, həm də bu, onun vəzifə borcudur. Təkrar edirəm ki, prosesin məqsədi müəllimləri lazımsız stresə salmaq deyil. Addımlar atmalıyıq ki, sistem irəli getsin".

Nazir həmçinin qeyd edib ki, sertifikasiyadan əldə olunan nəticələri zəif olan müəllimlərin şagirdlərin qarşısına çıxarmaq düzgün deyil:

"Bu islahatın ümumi dövri 4 ili əhatə edir. Biz hər il regional və fənlər üzrə müəllimləri əhatə edərək bu prosesi keçirəcəyik. Dəstəyə ehtiyac olana dəstək veriləcək. Əgər bu prosesdən sonra minimal səviyyəyə çata bilməyən müəllimi uşaqların qarşısında çıxarmaq düzgün deyil. Biz onlara 2 il şərait yaradırıq. Səriştəsiz müəllimin yaratdığı böyük bir ordu savadsız ola bilər. Bu, yolverilməzdir".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR