Tanınmış türkiyəli iş xanımı Demet Sabancı Golden People Awards mükafatı ilə təltif olundu -

Türkiyənin məşhur Sabancı ailəsinin üzvü Demet Sabancı digər xanımlara örnək iş həyatı ilə daim göz önündə olub.

O, Londonda Richmond Kollecində biznes idarəçiliyi üzrə təhsil alıb. Təhsilini bitirib ölkəsinə döndükdən sonra müxtəlif sektorlarda çalışan Demet Sabancı hazırda "Mediasa" Nəşriyyatı, gənclər və təhsil televiziyası - ZTV-nin təsisçisi, "Demsa" qrupun qurucusu və idarə heyətinin üzvüdür.

İngiltərənin məşhur pərakəndə satış şəbəkəsi "Harvey Nikols"u Türkiyəyə məhz çoxşaxəli fəaliyyəti ilə diqqət çəkən Demsa brendi gətirib. Türkiyə daxilində 89 mağaza və 845 işçisi ilə pərakəndə tekstil sektorunda ölkənin ən böyük şirkətlərdən biri kimi fəaliyyətini uğurla davam etdirir.

Demet Sabancı 30 iyun 2022-ci ildə Bakıda keçirilən Golden People Awards mükafatlandırma gecəsində ilin uğurlu iş xanımı nominasiyası üzrə mükafatlandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR