Internetsiz 1 gun

Internetsiz 1 gun
12:06 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Melum oldugu kimi, bayram tarixleri sirasinda "Internet gunu" ile yanasi, "Beynelxalq Internetsiz gun" (International Internet-Free Day) adli qeyri-adi bir bayram da movcuddur.

Bu bayram dunyada her il yanvar ayinin sonuncu bazar gunu qeyd olunur. Esas meqsed cemi bir gun de olsa, insanlarin fikrini komputer ve qlobal sebekeden yayindirmaq, istisna olaraq bu gunu tamamile real dunyada yasamaq, basqa insanlara canli unsiyyetde olmaq ve ya sevimli mesguliyyete (elbette ki, internetle bagli olmayan) hesr etmekdir.

Bu bayram 2000-ci illerin evvellerinden kecirilmeye baslayib, bir melumata gore, Boyuk Britaniyanin sosial ixtiralar institutu, basqa melumata gore ise Britaniyanin "DoBe.org" qeyri-kommersiya onlayn layihesi onun tesiscisidir. Deqiq melum olan odur ki, mehz aktiv, qabaqcil internet istifadecileri "Beynelxalq Internetsiz gun" bayraminin tesiscileridirler.

Tebii ki, o vaxtdan etibaren qlobal sebeke dunyasinda ehemiyyetli deyisiklikler bas verib. Hemin dovrlerde internet istifadecilerinin sayi az idi ve dostlarla canli unsiyyet ucun onlari qlobal sebekeden "qoparmaq" daha asan idi. Lakin son 15 ilde internet istifadecilerinin sayi 5 defe artaraq 3 milyarda catib ve internet heyatimizin butun sahelerine suretle nufuz edib. Biznes, unsiyyet, tehsil, asude vaxt internetin tesiri altina dusub. Bundan basqa, bu iller erzinde internet qosulmanin orta sureti xeyli artib ki, bu da internetin serhedlerini xeyli genislendirib.

Gundelik milyonlarla insan seherler internetde xeberleri izleyir ve ya elektron poctunu yoxlayir, bezilerinin isi internetle bagli oldugundan, demek olar, gece-gunduz ondan istifade edir. Kimse cat, forum ve ya sosial sebekelerde saatlarla vaxt kecirir, kimse kino ve ya verilis izleyir, kimse evden cixmadan internet vasitesile ne ise satin alir ve ya sifaris edir… Heyatimizi sadelesdiren ve daha maraqli eden esyalar, hemcinin internet bizi asili veziyyete salir. Coxlari oz telefon, smartfon, planset, noutbuklarindan hec vaxt ayrilmir, yaxin insanlara deyil, oz virtual dostlarina daha cox diqqet ayirirlar…

Elbette, hec kim bu gun internetin bir cox insanlar ucun muhum informasiya menbeyi olmasini inkar etmir. Amma heddi bilmek lazimdir, axi internet butun heyatimiz demek deyil. Hem de inkar etmek olmaz ki, internetden "sui-istifade" faydasiz vaxt serfine sebeb olur ve saglamliga ziyan vurur. Son 10 ilde yalniz internetin sureti ve istifadecilerin sayi artmayib, hem de "kiberaddiksiya", "seteqolizm", "infomaniya", "sosial tecrid" ve saire kimi terminler meydana cixib. Teessuf ki, virtual muhit coxlari ucun real dunyadan daha rahat ve elverisli olub. Genclerin sosial sebekelerden asililigi ise bir cox mutexessis ve valideynlerde ciddi narahatciliq dogurur.

Buna gore yaranmis bu veziyyetde mentiqi cehetden bele bir sual yaranir: qlobal sebekeden asili muasir istifadeci, hec olmasa, bir gun internetden tamamile imtina etmeye qadirdirmi?

Umid edek ki, veziyyet ilk baxisdan gorunduyu kimi pis deyil. Dunyanin muxtelif olkelerinde "Beynelxalq Internetsiz gun"de kecirilen illik tedbirler ondan xeber verir ki, bu movzu iller kecdikce daha da aktuallasir. Bu aksiyalarin teskilatcilari qeyd edirler ki, onlar umumdunya sebekesi ile mubarize aparmir ve interneti lazimsiz hesab etmirler. Onlar sadece yeniden insanlarin, ilk novbede genclerin diqqetini ona yoneltmek isteyirler ki, real dunya cox maraqli ve eylencelidir.

Bir cox olkelerde qeyd olunan bu gunun tesiscileri butun dunyanin internet istifadecilerini ilin, hec olmasa, bir gununu dogmalari ile kecirmeye, oz sevimli mesguliyyetlerine hesr etmeye, muzeye ve ya sergiye getmeye cagirir.

Olkemize gelince, bu gun Azerbaycanda ehalinin 73%-i internet, 55%-i ise  geniszolaqli xidmet istifadecisidir. Her iki gosterici uzre Azerbaycan dunya orta gostericisini teqriben 2 defe qabaqlayir.
Bundan basqa,  2013-cu ille muqayisede beynelxalq internet kanallarinin tutumu 50 Gbit/s artirilaraq 300 Gb/s-e catdirilib ki, bu, olkede ehalinin internet xidmetlerinden istifadesinin artmasinin gostericisidir.
2014-cu il erzinde dunya olkelerinden Azerbaycana daxil olan beynelxalq giris trafikinin hecmi oten ilin muvafiq dovru ile muqayisede 119 mln. deqiqe azalaraq 399.7 mln. deqiqe, cixis trafikinin hecmi ise 30.0 mln. deqiqe azalaraq 127.6 mln. deqiqe teskil edib.

Emil Huseynov
 
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR