Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib -

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev avqustun 30-da əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşlarla görüşüb.

Metbuat.az-a komitənin mətbuat xidmətindən verilən xəbərə görə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli hərbi-siyasi və diplomatik fəaliyyəti nəticəsində işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparıldığı, məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə qayıtmasına şərait yaradılması üçün bütün zəruri tədbirlərin görüldüyü diqqətə çatdırılıb.

Qeyd olunub ki, dövlətimizin başçısı qayıdışla bağlı məsələlərin həllini əsas vəzifə kimi müəyyənləşdirib və hazırda işğaldan azad edilmiş bir sıra ərazilərdə yaşayış evlərinin tikintisi davam etdirilir. Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndində ilkin mərhələdə istifadəyə verilən evlərə əhalinin köçürülməsinin isə bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

Məcburi köçkünlük həyatı yaşayan həmvətənlərimizə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük qayğı göstərməsinin, hazırda onların ata-baba yurdlarında bərpa-quruculuq işlərinin aparılmasını diqqətdə saxlamasının dərin razılıq hissi doğurduğu bildirilib.

Komitə sədrinin fərdi qaydada qəbul etdiyi məcburi köçkünlər də tezliklə doğma yurda qayıdacaqlarına əmin olduqlarını bildiriblər. Qəbulda iştirak edən vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub.

Vətəndaşlara bildirilib ki, müraciətləri və qaldırdıqları məsələlər araşdırılacaq, qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR