"Westgate" ticarət cərgəsi stimullaşdırıcı lotereya keçirir

"Westgate" ticarət cərgəsi stimullaşdırıcı lotereya keçirir
13:03 25 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 25 dekabr /Trend/

25 dekabr 2014 - 25 yanvar 2015-ci il tarixlərində “Westgate” ticarət cərgəsində stimullaşdırıcı lotereya keçiriləcək. Bakı-Qazax şossesində, Şəmkir şəhərinin girəcəyində yerləşən ticarət cərgəsi Dünya Azərbaycanlarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə “Westgate” ticarət cərgəsi bütün xalqımızı təbrik edir və bu münasibətlə tirajlı lotoreyanın keçirilməsinə start verir.

Qeyd edilən müddət ərzində “Westgate” ticarət cərgəsində yerləşən mağazalardan 30 AZN məbləğində alış-veriş edən bütün müştərilərə lotoreya bileti təqdim ediləcək. Bilet müştərilərə uduşlu kampaniyada iştirak hüququ qazandırır. Qaliblərə qiymətli hədiyyələr təqdim olunacaq. Uduşlu kampaniyanın keçirilmə yeri və vaxtı müştərilərə 30 yanvar tarixində elan ediləcək.

Hər birinizi “Westgate” ticarət cərgəsində bayram alış-verişində gözləyir, və uduşlu lotereya kampaniyasından yararlanmağa dəvət edirik. Aksiyanın uduş fondu və hədiyyələr barədə ətraflı məlumatı (+99450) 2680961 əlaqə telefonundan və ya https://www.facebook.com/WestgateShamkir səhifəsindən əldə edə bilərsiniz.

Qərb regionunun ən iri ticarət cərgəsi olan “Westgate”in mağazalarında dünya markaları təmsil olunur. Burada müxtəlif məhsullar təqdim edən butik və supermarketlər müştərilərə xidmət edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2347531.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR