Dünyada siyasətçilərə qarşı sui-qəsd cəhdləri artır

Siyasətçilər bu gün Argentinanın vitse-prezidenti Kristina Fernandez de Kirşnerə qarşı sui-qəsdə cəhdi xəbəri ilə oyandılar. Bu, artıq onları narahat etməyə başlayıb.

Metbuat.az xatırladır ki, 2 ay bundan öncə də Yaponiyanın keçmiş baş naziri Şinzo Abe Nara şəhərində kütlə qarşısında çıxışı zamanı silahlı hücum nəticəsində öldürülüb. Qeyd edilir ki, qətli törədən şəxs Abenin siyasətindən narazı olub.

Shinzo Abe: Japan ex-leader assassinated while giving speech - BBC News

Siyasətdə bu cür hadisələrin sayı heç də az deyil. Belə ki, keçən ay Fələstin Fəthi Hərəkatının yüksək vəzifəli təhlükəsizlik məmuru Səid Ələddin keçən ay Livanın Ayn Hilve düşərgəsində öldürülüb.

Liviya, Tunis və Yəmən kimi ölkələr siyasi fəalları və hökumət rəsmilərini hədəf alan oxşar hadisələrin şahidi olurlar. Həmçinin Livanda Hizbullahı tənqid etməsi ilə tanınan siyasi fəal Lokman Səlim ölkənin cənubunda öldürülüb.

Lübnanlı aktivist Lokman Salim uğradığı suikast sonucu hayatını kaybetti |  ŞARKUL AVSAT

Ötən il isə Haiti Prezidenti Jovenel Moiz yaşadığı evə naməlum silahlıların hücumu nəticəsində qətlə yetirilmişdi.

Haiti Devlet Başkanı Moise'ye suikast düzenleyenler öldürüldü - Son Dakika  Haberleri


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR