Qətldə təqsirləndirilən sabiq polis əməkdaşının apellyasiya məhkəməsi başlayıb

12:12 19 Yanvar 2015
98 Digər
Ölkə mətbuatı
A- A+

[ 19 Yanvar 2015 12:10 ]


Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində qətldə təqsirləndirilən Zeynal Sadıqovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb.
 

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası yanvarın 22-nə təyin edilib.

 

Qeyd edək ki, ötən il  sentyabrın 6-da Bülbülə qəsəbəsində yerləşən qəbiristanlıqda Nazilə Əmrahova adlı qadının meyiti tapılıb. Həyata keçirilən araşdırmalar nəticəsində qətldə təqsirləndirilən Zeynal Sadıqov tutulub. O, ifadəsində N. Əmrahovanı borca görə qətlə yetirdiyini deyib.

 

Z. Sadıqov sabiq polis əməkdaşı olub.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z. Sadıqov 10 il müddətinə azadlıqdan məhrum edilib.  

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR