Hava nə vaxtadək belə olacaq? -

"Sabah paytaxtda və yarımadanın bəzi yerlərində yağış yağacağı, gündüz tədricən kəsiləcəyi ehtimal olunur"

Metbuat.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

G.Məmmədova xatırladıb ki, bu gün ərzində Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsəcək:

“Küləyin maksimal sürəti 15-20 m/s, bəzi yerlərdə isə 23-28 m/s olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə aşağı enməsi müşahidə olunur. Günorta saatlarında 21-24 dərəcə isti olacaq”.

Bölgələrə gəlincə, bu gün və sabah arabir yağış yağacağı gözlənilir:

"Əsasən dağlıq-dağətəyi rayonlarda yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısa müddətli daşqın və sel keçəcəyi istisna olunmur. Sentyabrın 8-i gündüz saatlarından yağıntıların tədricən kəsiləcəyi gözlənilir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR