"Təki, komandam həmişə belə oynasın" -

"Çətin olacağını bilirdik. "Neftçi" yaxşı komandadır. Futbolçular tapşırıqları yerinə yetirməyə çalışırdı. İkinci hissədə konsentrasiyanı itirdiyimiz üçün rəqib qollar vurdu. Komandanın çıxışından razıyam".

Metbuat.az Report-a istinadən xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VI tur oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, hər komandaya qarşı fərqli hazırlaşmaq lazımdır: "46-cı dəqiqədə qol buraxırıqsa, bu, konsentrasiya ilə bağlıdır. Sonradan toparlanmağa çalışdıq, amma ikinci qolu buraxdıq. İddialı klublara uduzmuşuq. Təki, komandam həmişə belə oynasın. Nəticə olmasa, mən burada ömürlük qalası deyiləm".

O, futbolçuların fiziki baxımdan çatdırmadığı ilə bağlı fikirlərlə razılaşmayıb: "Funksional hazırlıq qaydasındadır. Fiziki baxımdan necə axsayırıq ki, 85-ci dəqiqədən sonra 3 real qol epizodu yaratdıq"?


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR