"O, "Real"ın lideridir" -

"Real"ın baş məşqçisi Karlo Ançelotti La Liqanın V turunda "Malyorka"nı məğlub etdikləri oyundan sonra açıqlama verib.

Metbuat.az xəbər verir ki, italyan mütəxəssis 4:1 hesabıyla qələbə qazandıqları görüşdə qol vuran yarımmüdafiəçi Federiko Valverdeni tərifləyib:

"Valverde bizim üçün vacibdir. O, "Real"ın lideridir. Enerjimiz, sürətimiz yüksəkdir. Futbolçularım oyuna çox ciddi yanaşır və komandada atmosfer yaxşıdır. Bu, bizim üstünlüyümüzdür", - deyə o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR