Hiss şəhid Səbuhi ilə uşaq evindən şəklini paylaşdı -

Gənc müğənni Hiss Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovla fotosunu paylaşıb.

Metbuat.az xəbər verir ki, ifaçının onunla birgə uşaq evində böyüdüyü məlum olub. O paylaşımda qeyd edib:

"Bəzi şeylər var ki, sözlə ifadə etmək olmur. Olsa belə, çox mənasız qalır. Nur içində yat, mənim balaca qardaşım!".

Qeyd edək ki, valideyn himayəsindən məhrum olmuş Səbuhi Əhmədov SOS uşaq evində böyüyb. O, 269 saylı məktəbin məzunudur. Şəhidimizin nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR