Ermənistanın "bəslədiyi" fransalı deputatın Bakı üçün sanksiya tələbi:

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Nəticədə təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.

Cəbhədə baş verən proseslər bütün dünyanın gündəmindədir. Bununla bağlı müxtəlif təşkilatlar, dünya ölkələri narahatlıqlarını ifadə edir, iki tərəfi də yenidən masaya dəvət edirlər.

Unudulan bir məqam var ki, bugünədək 10 noyabr birgə bəyanatında üzərinə düşən öhdəliklərdən qaçan da, atəşkəs razılaşmasını pozan tərəf də Ermənistandır. Lakin bir çoxları bunu görmür ya da görməzdən gəlir. Məsələn, Fransa baş verən məsələlərdən o qədər "narahatdır" ki, hətta parlamentin deputatı Fransua Ksavye-Bellami Avropa Parlamentinə müraciət edərək Azərbaycandan qaz alışını dayandırmaq, eləcə də Bakıya qarşı sanksiyalar tətbiq etmək tələbi ilə çıxış edib:

"Azərbaycanın Ermənistana qarşı cinayətkar təcavüzünə heç nə haqq qazandıra bilməz. İndi hərəkət etsək bu müharibəni dayandıra bilərik. Bunu Avropanın təhlükəsizliyinə, xüsusilə də erməni xalqına borcluyuq", - deyə o, parlamentdə çıxış edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR