Həsən Ruhani işə metro ilə getdi

Həsən Ruhani işə metro ilə getdi
12:22 19 Yanvar 2015
90 Dünya
Ölkə mətbuatı
A- A+

İran prezidenti Həsən Ruhani bu gün işə metro ilə gedib
Bu barədə Trend "Fars" agentliyinə istinadən məlumat verir.

İranda “Təmiz hava günü” qeyd olunur və bu münasibətlə prezident simvolik olaraq ictimai nəqliyyat vasitəsi kimi metrodan istifadə edib.

H.Ruhani Tehran metrosunun "Azadi" stansiyasından "İmam Əli" stansiyasına kimi qatarla gedib və metrodakı vətəndaşlarla səmimi görüşüb, onların problemlərini dinləyib.

Prezidenti İranın Ekologiya və Ətraf Mühit Təşkilatının sədri xanım Məsumə İbtikar da müşayiət edib.

Qeyd edək ki, “Təmiz hava günü” münasibətilə İranın digər rəsmiləri də ictimai nəqliyyatdan istifadə ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/319782.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR